Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

10 may 2023 | 20:38

10.05.2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və kollektivləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olduqdan sonra Şirvan Folklor Evində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirində iştirak ediblər. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevə həsr olunmuş foto və əl işlərindən ibarət sərgi ilə tanış olub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  Ümummilli lider, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər, dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində ərsəyə gətirdiyi bənzərsiz şəxsiyyətdir. Müdrikliyi, uzaqgörənliyi və təkrarsız fəaliyyəti ilə milli gerçəkliyimizdə əbədi yer almış Ulu öndərin adı Azərbaycanın, türk dünyasının, bütövlükdə dünya siyasətinin tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. İlqar Abbasov Ulu Öndər Heydər Əliyevin tükənməyən tarixi xidmətləri sırasında onun ölkəmizə rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edən müddət ərzində siyasi fəaliyyətinin müxtəlif dövrlərindən və ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində gördüyü misilsiz xidmətlərdən tədbir iştirakçılarına ətraflı məlumat verib. Tarixin Heydər Əliyevi yaratdığını, Heydər Əliyevin tarix yaratdığını deyərək, Ulu öndər Heydər Əliyevin Yaradanın sevimlisi, Yaranmışların şərəflisi olaraq daima ürəklərdə yaşayacağını vurğulayıb. Sonda Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” sənədli filmi nümayiş olunub.

Keçidlər