Şriftin ölçüsü :

Saytın rəngi :

Un və un məmulatları ilə bağlı monitorinq keçirilib.

19 avqust 2022 | 11:10

17-18 avqust 2022-ci il tarixlərdə Şirvan şəhərində  un və un məmulatlarının satışı ilə məşğul olan topdansatış məntəqələrində və marketlərdə monitorinqlər keçirilib. Keçirilən monitorinqlər zamanı hər hansı süni qiymət artımı və təminatla bağlı heç bir çatışmazlıq aşkar olunmamışdır.

Monitorinq keçirilən ünvanlar:

-T.Ələkbərov küçəsində Anar Əhmədova məxsus çörək sexi,

-T.İsmayılov küçəsində Ziya Əliyevə məxsus çörək sexi,

-L-nt İbrahimov küçəsində Vəzir Fərəcova məxsus çörək sexi,

-M.Mirzəyev küçəsində Əfqan Abbasova məxsus çörək sexi,

-T.İsmayılov küçəsində İsmayıl Tərlanova məxsus ərzaq mağazası,

-T.İsmayılov küçəsində Elmir Məmmədova məxsus ərzaq mağazası,

-İstiqlaliyyət prospektində Siyasət Kərimova məxsus Elit market,

-T.Bağırov küçəsində Mübariz Pənahəliyevə məxsus Dəniz market.

-20 Yanvar küçəsində Sənan Məmmədova məxsus Al market

-Ln-t İbrahimov küçəsində Rüstəm Səfərova məxsus Oba market

-G.Şıxbalaoğlu küçəsində Elçin Mirzəyeva məxsus Oba market

- Eyni küçədə Salamat Dadaşova məxsus Elit market

-Salyan dairəsində Rəhman Məmmədova məxsus Oba market

-M.Ə.Rəsulzadə küçəsində Amil Məmədova məxsus Neptun 18

-Xəqani küçəsində Asim Babayeva məxsus Al market

-S.Vuğun küçəsində Mənsim Şıxalıyevə məxsus Al market

-Əvəzağa Şirəliyevə məxsus Azad market

-S.Vurğun küçəsində Şəmsi Məmmədova məxsus ərzaq mağazası

-F.Eynullayev küçəsində Nicat Həsənova məxsus Oba market

-H.Əliyev prospektində Bilal Məmmədova məxsus Əmin market

-Rəşad Əmirliyə məxsus Al market

-Məhəmməd Məmmədova məxsus Şirvan market

-Rüfət Fərzəliyevə məxsus Oba market

-Mehmet Yanbolluya məxsus Neptun market

 

Monitorinq zamanı bəzi marketlərdə çörək satışında problem olmasa da, un təminatında qismən gecikmələrin olduğu müəyyən edilmişdir. Monitorinqin nəticələrinə əsasən şəhərimizdə yerləşən T.Ələkbərov küçəsindəki Anar Əhmədova məxsus çörək sexində 50 kq-lıq 250 kisə  un ehtiyatı vardır. Qeyd edək ki, digər çörək sexlərimiz bu müəssisədən unla təmin edilir. 15.08.2022-ci il tarixində 50 kq-lıq 600 kisə və 16.08.2022-ci il tarixində isə 50 kq-lıq 300 kisə un şəhər ərazisindəki çörək sexlərinə və iri marketlərə paylanılmışdır. Məlumat üçün bildiririk ki, şəhərimizdə fəaliyyət göstərən çörək sexlərində çörək istehsalı ilə bağlı narahatçılığa səbəb olan heç bir əsas yoxdur və çörək sexləri mütəmadi olaraq unla təmin olunur.

       

Mətbuat xidməti

Keçidlər