Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Amal Alışanlının anım günü qeyd edilib.

08 oktyabr 2025 | 14:15

Oktyabrın 8-də şəhid Alışanlı Amal Seyfəddin oğlunun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhidin xatirə guşəsi ziyarət edilərək, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, tarixi Zəfərin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib.

Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən danışıblar.

Sonra Şəhidlər Xiyabanında digər şəhidlərin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Amal Alışanlı ailəsinin istəyi ilə Yardımlı rayonu, Qabaqdibi kənd qəbiristanlığında dəfn olunsa da, Şirvan şəhər Şəhidlər Xiyabanının qarşısında mütəmadi ziyarət olunması üçün xatirə guşəsi yaradılıb.

Şəhid Amal Alışanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, "İgidliyə görə", “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər