Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elnur Qarayevin anım günü qeyd edilib.

18 noyabr 2023 | 13:33

18 noyabr 2023-cü il tarixində 44 günlük Vətən müharibəsi şəhidi Qarayev Elnur Qalib oğlunun anım günü münasibətilə xatirəsi anılıb.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Rüstəmbəyov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Nazim Məmmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin və şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhid Elnur Qarayevin və digər şəhidlərin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına dərin hüznlə başsağlığı verərək səbir diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin şücaət və qəhrəmanlıqlarından söz açıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Rüstəmbəyov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Nazim Məmmədov və digərləri tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açıblar.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər