Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Həsən Həsənovun xatirəsi anılıb.

03 oktyabr 2026 | 13:39

Oktyabrın 3-də Şirvan şəhərindən olan şəhid Həsən Rəhim oğlu Həsənovun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.

Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhərin idarə, müəssisə və  təşkilatlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Həsən Həsənovun və digər şəhidlərin məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.

Çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, tarixi Zəfərin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs ediblər.

Keçidlər