Vətən müharibəsinin şəhidi Alışanlı Amal Seyfəddin oğlunun xatirəsi anılıb.
8 oktyabr 2022-ci il tarixdə Vətən müharibəsinin şəhidi Alışanlı Amal Seyfəddin oğlunun anım günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhid Alışanlı Amalın abidəsi önündə çıxış edərək ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür edib və Allahdan onlara səbir diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Qüdrətli ordumuz, qəhrəman oğullarımız sayəsində üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmasından hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Şanlı Zəfəri tariximizə yazan, xalqımıza qalibiyyət sevincini yaşadan bütün əsgər və zabitlərimiz kimi Amalın da ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, din xadimi Hacı Vasif şəhidin abidəsi önündə çıxış edərək torpaqlarımızın azadlığı, ərazi bötüvlüyümüz uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacaqlarını, xatirələrinin hər zaman uca tutulacağını qeyd ediblər. Şəhidlərimizin qanlarının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıblar.Şanlı tariximizə Böyük Zəfəri al qanları ilə yazan şəhidlərimizin əbədi yaşam qazandığını bildiriblər. Belə igid, şücaətli övladları olan xalqın hər daim qalib olacağını qeyd ediblər. Şəhidin atası Seyfəddin Alışanov və anası Reyhanə xanım övladları ilə qürur duyduqlarını bildiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Sonra tədbir iştirakçıları şəhid məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər. Anım tədbirindən sonra şəhid Amal Alışanlının xatirəsinə ehsan süfrəsi təşkil edilib. Qeyd edək ki, şəhid Alışanlı Amal “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti