Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Cəfərov Yusif Mübariz oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

25 aprel 2023 | 14:28

25 aprel 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəis müavini Ənvər Zərbəliyev, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər Vətən müharibəsinin şəhidi Cəfərov Yusif Mübariz oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsinə ehtiram olaraq məzarı üzərinə gül-çiçək dəstələri düzüblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək, Yusif Cəfərovun evin tək oğlu olmasına baxmayaraq, könüllü olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiəsi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun Zəfər yürüşündə iştirak etdiyini, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edildiyini bildirib. Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçərək şəhadətə qovuşan Yusif Cəfərova Allahdan rəhmət diləyib, belə qəhrəman, vətənpərvər, cəsur oğul böyütdüyü üçün anası Gülbəniz xanıma minnətdarlığını ifadə edib və səbir diləyib. Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısından bəhs edərək, yaralıların reabilitasiyası və sağalaraq yenidən cəmiyyətə inteqrasiyası üçün onların müasir tibb avadanlıqları ilə təmin edilmiş, dünyanın ən aparıcı tibb mərkəzlərində müalicə olunduqlarını vurğulayıb. Onların sosial-məişət problemlərinin həlli məqsədilə yaradılan YAŞAT Fondunun, Müdafiə Nazirliyinin xüsusi komissiyasının, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və veteranlarla bilavasitə məşğul olmaq üçün şəhər və rayon icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılmasının qazilərə və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib. Onların adlarının əbədiləşdirilməsi məqsədilə xatirə guşələrinin, sinif otaqlarının yaradıldığını, küçələrə verildiyini qeyd edib. Şəhidlər Xiyabanının əlamətdar günlərdə ziyarət olunmasının, hər ayın sonuncu cümə axşamında şəhid ailələri ilə görüşlərin keçirilməsinin, onların qağıları ilə yaxından maraqlanılmasının şəhid adlarına göstərilən ehtiramın təzahürü olduğunu bildirib. Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, din xadimi Hacı Vasif onun ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs ediblər. İslam dinində və xalqımızın mənəvi dəyərlərində şəhid adının çox uca tutulduğunu vurğulayıblar. Həmçinin torpağın uğurunda çanından keçənlərin sayəsində müqəddəsləşdiyini, ucaldığını, Vətənə çevrildiyini qeyd ediblər. Şəhid Yusif Cəfərovun vaxtilə təhsil aldığı 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva onun məktəb illəri ilə bağlı xatirələrini bölüşüb. Yusifin necə məsuliyyətli, intizamlı, çalışqan şagird olduğunu, bütün valideyn iclaslarında müəllimlərin onunla bağlı müsbət fikirlər səsləndirdiklərini xatırladıb. Onun qəhrəmanlığının və vətənpərvərliyinin yetişməkdə olan gənc nəsilə örnək olduğunu, onun əziz xatirəsinin heç vaxt unudulmayacağını qeyd edib. Şəhidin anası Gülbəniz xanım şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Mətbuat xidməti

Keçidlər