Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Zeynal Zülfüqarlının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

28 may 2022 | 16:46
“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Zeynal Zülfüqarlının doğum günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Sənan Qafarov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, FHN-in Şirvan şəhər Yanğından Mühafizə şöbəsinin rəisi Ramil Şıxəliyev, şəhidimizin təhsil aldığı 18 saylı məktəb-liseyin direktoru İsmayıl Yusubov, 21 saylı məktəbin direktoru Səadət Quliyeva, müəllim və şagird kollektivi, şəhid ailələri, şəhər gəncləri iştirak edib.
Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükut və ehtiramla yad edilib.
Gənclər Evinin direktoru Əfqan Həsənov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü, azadlığı uğrunda həyatından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş, Gənclər Evi tərəfindən təşkil olunan tədbirlər və layihələr haqqında danışıb. Şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını, ehtiramla yad olunacağını qeyd edib.
Tədbirdə çıxış edənlər şəhidimizin ailəsinə başsağlığı verib, belə bir cəsur, vətənpərvər övlad yetişdirdikləri üçün təşəkkür ediblıər. Qəhrəman şəhidimiz Zeynal Zülfüqarlı haqqında xoş xatirələrini bölüşüblər, illər sonra üçrəngli bayrağımızın Qarabağ səmasında dalğalanmasına görə şəhidlərimizə borclu olduğumuzu, vətən üçün gözünü qırpmadan canından keçən vətən oğullarının ruhunun hər zaman uca tutulacağını qeyd ediblər.
Sonra məktəblilərin ifasında ədəbi-bədi kompazisiya səsləndirilib. Şirvan şəhər Uşaq Musiqi məktəbinin müəllimi İrşad İbişov və şagirdlər vətənpərvər mahnılar ifa ediblər.
Tədbirin sonunda Gənclər Evi tərəfindən şəhid Zeynal Zülfüqarlı haqqında hazırlanmış təqdimat videosu nümayiş olunub.
Mətbuat xidməti
Keçidlər