Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağdan namə” tamaşasının premyerası olub.

07 dekabr 2022 | 14:29

06 dekabr 2022-ci il tarixdə “Şuşa İli” ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ssenari müəllifi və quruluşçu rejisor Elşən İsmayılın xalq yazıçısı İlyas Əfəndiyevin  “Hökmdar və qız” pyesinin motivləri əsasında yazıb səhnələşdirdiyi “Qarabağdan namə” tamaşasının Şirvan Şəhər Mədəniyyət Mərkəzində premyerası olub. Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hömkdarı İbrahimxəlil xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs  edir. Böyük müvəffəqiyyətlə keçən tamaşanın zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb. Tamaşanın premyerasında Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, İdarənin Şirvan şəhər üzrə nümayəndəsi Əziz Abbasov, Şirvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

 

 Mətbuat xidməti

Keçidlər