Xocalı faciəsinə həsr olunmuş "Arzu və Murad" tamaşası nümayiş olunub.
24 fevral 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Şirvan Debat Klubu və "Rəşan" Teatr Klubunun birgə hazırladığı, Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Arzu və Murad" tamaşası nümayiş olunub. Tamaşa Sevil Elsevərin senarisi əsasında hazırlanıb. Tamaşanın nümayişində şəhərin idarə və müəssisələrin rəhbər və əməkdaşları, orta ümumtəhsil məktəblərinin şagirdləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib. Tamaşadan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Vətən sevgisi ilə alışıb-yanan, həvəskar, gənc aktyor və aktirisalarımızın uğurlu çıxışı şəhər ictimaiyyətinin razılığı ilə qarşılanıb. Tamaşanın sonunda YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfael Nəsirov, şəhərin din xadimlərindən olan Hacı Bəxtiyar Əzəmi çıxış edərək, Xocalı faciəsində həlak olan soydaşlarımıza və şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Uğurlu çıxışlarına görə gənclərimizi təbrik edib və müasir Azərbaycan gəncliyi ilə fəxr etdiklərini bildiriblər. Sonda xatirə şəkili çəkilib.
Mətbuat xidməti