Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Xocalı soyqırımına həsr olunmuş mühazirələr, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, idman yarışları, rəsm və inşa-yazı müsabiqələri təşkil edilib. Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar, rəsmlər vasitəsilə nümayiş etdiriblər. Keçirilən tədbirlərdə Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilib, Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə tədbir iştirakçılarına məlumat verilib. 31 il əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirlən faciənin dəhşətlərindən danışılıb. Qeyd olunub ki, xalqımızın yaddaşında silinməz iz qoyan Xocalı faciəsində 613 nəfər şəhid olub, 1275 nəfər əsir götürülüb. Xocalı faciəsini və mənfur düşmənin əməllərini unutmamaq tövsiyə olunub. 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə xocalıların və bütün şəhidlərin qanının yerdə qalmadığı, qisaslarının alındığı qeyd olunub.
Mətbuat xidməti