Şriftin ölçüsü :

Saytın rəngi :

XTQ-in giziri, İkinci Qarabağ müharibəsinin şəhidi Namiq Xəlilovun anım günü qeyd olunub.

17 oktyabr 2022 | 18:49

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan XTQ-nin giziri Xəlilov Namiq İlyas oğlunun anım günü Şirvan şəhərində qeyd edilib. 17 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidi Namiq İlyas oğlu Xəlilovun anım günü münasibətilə məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Namiq Xəlilovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir diləyib. 30 ilə yaxın işğal atlında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində azad edildiyini vurğulayıb. Xüsusi təyinatlı gizir Namiq Xəlilovun  döyüş yolundan, şücaətindən, mərdliyindən söz açaraq, onun öz istəyi ilə hərbiçi peşəsini seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət və nüfuz qazandığını, yüksək insani keyfiyyətlərə malik olduğunu qeyd edib. Adını şanlı tariximizə yazan, xalqımıza zəfər sevinci yaşadan Namiqin ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Namiqin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulacağını bildirib. Onun döyüş tapşırığını şərəflə icra etdiyinə və şücaət göstərdiyinə görə dövlət başçısı tərəfindən ən yüksək səviyyədə dəyərləndirildiyini, “Azərbaycan Bayrağı” ordeni və 9 medalla təltif edildiyini, adının Şirvan şəhərində yerləşən küçələrdən birinə verildiyni qeyd edib. Şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində Şəhidlər Xiyabanının, şəhid ailələrinin, ziyarət olunduğunu, əziz xatirələrinin ehtiramla anıldığını diqqətə çatdırıb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov,  Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Vətən müharibəsinin şəhidi Zeynal Zülfüqarlının atası Alim Zülfüqarlı  44 günlük Vətən müharibəsinin müxtəlif məqamlarından bəhs ediblər. Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin hər bir Azərbaycan vətəndaşında müstəqilliyimizin əbədiyinə, dövlətimizin sarsılmazlığına, vətənimizin bütövlüyünə əminlik yaratdığını bildiriblər. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Namiq Xəlilovun qısa, lakin şərəfli həyatı, şanlı döyüş yolu haqqında danışıblar. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 


 Mətbuat xidməti

Keçidlər