Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Şirvan şəhər təşkilatının 2023-ci ilin altı ayının hesabat konfransı keçirilib.

20 iyul 2023 | 19:23
19 iyul 2023-cü il tarixdə YAP Şirvan şəhər təşkilatının cari ilin altı ayının yekunları üzrə hesabat konfransı keçirilib.
Konfransda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və fəalları iştirak edib.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov hesabat məruzəsi ilə çıxış edib. Z.Qəhrəmanov bildirib ki, Ümummilli Liderimizin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzunu artırıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirib. Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edir. Partiyanın hər bir üzvü ulu öndər Heydər Əliyev ideyalarının, dövlət başçısı cənab İlham Əliyevin təkmil islahatları sayəsində müasirləşən, yeniləşən, hər gün yeni zəfərlərə imza atan Azərbaycanın uğurlarının təbliğatçılarıdırlar.
Z.Qəhrəmanov qeyd edib ki, hal-hazırda şəhər təşkilatı 83 ərazi partiya təşkilatını və 5554 nəfər üzvü əhatə edir. Partiya üzvlərinin 2731 nəfərini qadınlar, 1024 nəfərini isə gənclər təşkil edir. Təşkilatın və ƏPT-lərin gördüyü işlər haqqında geniş məlumat verərək, ƏPT-lərin sosial şəbəkələrdə fəaliyyətləri, üzvlük haqqlarının ödənilməsi, Yeni Azərbaycan və Səs qəzetlərinə abunə olunması, yeni üzvlərin qəbul edilməsi və üzvlərinin uçotunun düzgün qurulması barəsində geniş tərkibli müzakirələr edilmiş və işlərində nöqsan olan ƏPT-lərə xəbardarlıq edilmişdir.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli, ölkəmizin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi YAP-ın inkişafında da yeni mərhələ başladı. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı və YAP bu missiyanı yüksək səviyyədə şərəflə yerinə yetirə bildi. Ona görə də Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Bu gün Azərbaycan tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan Azərbaycan dövləti 30 illik işğala son qoyaraq bölgədə və dünyada yeni reallıqlar yaradıb. İndi isə bu yeni reallıqlara uyğun qarşımızda yeni çağırışlar, vəzifələr durur. Hər bir şəhər təşkilatının YAP-ın qarşıya qoyduğu hədəflərə, çağırışlara yüksək səviyyədə nail olmasında öz payı olduğunu vurğulayan İ.Abbasov YAP Şirvan şəhər təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Sonda ərazi partiya təşkilatlarının sədrləri YAP Şirvan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildirərək, YAP Şirvan təşkilatının hesabat dövründə fəaliyyətini "KAFİ" qiymətləndirdilər.
Keçidlər