YAP Şirvan şəhər təşkilatının Şirvan Şəhər İcra Hakimiyyəti üzrə ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.
Aprelin 23-də Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının Şirvan Şəhər İcra Hakimiyyəti üzrə ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.
İclasda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan təşkilatının sədri Zahir Qəhrəmanov və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, Ulu Öndərimizin “Dünənin, bu günün, gələcəyin partiyası” deyə qiymətləndirdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndiririr, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Yeni Azərbaycan Partiyası əbədi liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasına siyasi-mənəvi dayaq olan, onun adı ilə simvollaşan, məsuliyyət sükanını böyük məharətlə əlində saxlayan Prezidentimiz və Partiyamızın sədri cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə həyata keçirdiyi müstəqil, qətiyyətli və milli maraqlara əsaslanan siyasəti nəticəsində dinamik inkişaf edən ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi naminə öz prinsip və amallarına daim sadiq olan möhtəşəm partiyadır.
Çıxış edən YAP Şirvan təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları Rafail Nəsirov və Emil Məcidov, ərazi partiya təşkilatının üzvü Adəm Hüseynov Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan YAP-ın gündən-günə artan nüfuzundan, cəmiyyətin həyatındakı əhəmiyyətindən bəhs ediblər. Şirvan Şəhər İcra Hakimiyyəti üzrə ərazi partiya təşkilatının fəaliyyətinin də YAP-ın prinsip və etimadına uyğun olaraq, yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar.
Sonra partiya təşkilatının hesabatı təqdim edilib. Hesabat dövründə görülmüş işlər və keçirilmiş tədbirlərlə bağlı ətraflı məlumat verilib, qarşıda duran vəzifələrdən danışılıb. Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb. Təqdim edilən hesabat dövründə ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Şirvan Şəhər İcra Hakimiyyəti üzrə ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri və müavini seçilib.