“Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində Şirvanda təmizlik aksiyası keçirilib.
İyunun 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Şirvan Şəhər İcra Hakimiyyəti və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhəri, İ.Qayıbov adına mədəniyyət və istirahət parkına yaxın Kür çayının mühafizə zolağında təmizlik aksiyası keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısı müavinlərinin və Aparatının əməkdaşlarının, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, şəhərin kommunal-təsərrüfat və xidmət sahələrinin, ekokönüllülərin və digər qurumların nümayəndələrinin iştirak etdiyi aksiyada Kür çayı sahil zolağına 2000 m²-lik sahələrə atılmış ümumi həcmi 600 kq məişət tullantıları, xüsusilə də plastik qablar, polietilen torbalar təmizlənərək zərərsizləşdirilməsi üçün şəhər məişət tullantıları poliqonuna daşınıb.
Ümumilikdə 120 nəfərin iştirak etdiyi aksiyada iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.
Tədbirin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ictimaiyyətin belə tədbirlərdə aktiv iştirakını təmin etmək və dayanıqlı gələcəyimizi təmin etməkdən ibarətdir.