Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31 illik yubileyi ilə bağlı Şirvanda ağacəkmə aksiyası keçirilib.
21 noyabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyəti və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31 illik yubileyi ilə bağlı şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, ərazi partiya təşkilatının sədrləri, partiya fəalları, xidmət təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhər ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən ümumilikdə 500-dən artıq həmişəyaşıl və müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.