Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlirdi.

15 noyabr 2022 | 16:03

Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. 30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.  Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır. Nəzərinizə çatdırım ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi Yeni Azərbaycan Partiyası olub. Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində dediyi kimi, “ Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. YAP-ın yaradılması ulu öndər Heydər Əliyevə Azərbaycan cəmiyyətinin sifarişi idi, çünki bu partiya yaradılmadan Azərbaycanın gələcəyi və Azərbaycanın çox ciddi siyasi-iqtisadi kataklizmlərdən çıxış yolu yox idi. Bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əmin-amanlıq partiyamızın qələbəsini şərtləndirən əsas amillərdir. Son illərdə Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq Bakı şəhəri və eləcədə respublikamizin regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Şirvan şəhərində də yüksək səviyyədə gözə çarpmaqdadır. Şəhərimizdə tikinti–quraşdırma işlərinə qoyulan böyük investitsiyalar hesabına bir sıra yeni  sosial-inzibati binalar, ticarət mərkəzləri, küçə və prospektləri birləşdirən körpü, tunel və ötürücü yol qovşaqları, yeraltı və yerüstü keçidlər inşa olunub. Bir sözlə, bütün sahələr üzrə işlər uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz Müzəffər Liderinin-Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək iqtidarında və niyyətindədir. Çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, partiyamızın sədri İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimiz və xalqımız naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

 

Namini Nəmidə


Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatı
Gənclər Birliyinin sədri

Keçidlər