Yeni quraşdırılan işıq dirəklərinə naməlum şəxslər tərəfindən müdaxilələr olunur.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, Şirvan şəhərinin küçə və prospektlərində, məhəllələrində müasir standartlara cavab verən yeni işıqlandırma sistemlərinin quraşdırılması nəticəsində şəhərin gecələr də gözoxşayan görünüşü, işıqlı olması şəhər sakinlərdə qürur hissi yaradır və minnətdarlıqla qarşılanır. Təssüflər olsun ki, sakinlər arasında görülən işlərə kölgə salan, şəhərin gözəlləşməsinə xələl gətirən şəxslər də var. Belə ki, yeni quraşdırılan işıq dirəklərinə naməlum şəxslər tərəfindən müdaxilə olunaraq fotorele qırılıb, qapaqlar və avtomatlar oğurlanıb. Bununla bağlı akt tərtib olunub və aşağıda qeyd olunan küçələrin adları akta əlavə olunaraq hüquq mühafizə orqanlarına təqdim edilib.
- B.Vahabzadə küçəsi-qapaqlar yoxdur.
- M.Mirzəyev küçəsində (pekarnı Əli) yerləşən KTM-də fotorele qırılıb sallaq vəziyyətdədir.
- Energetik küçəsi Musiqi məktəbinin arxasında yerləşən KTM-dən çıxan 3 dirəkdə içəri avtomat və yuxarı naqillər oğurlanıb.
- Məhəmməd Əsədov küçəsi-qapaqların çoxu yoxdur.
- Sahib Zeynalov küçəsi-bəzi qapaqlar yoxdur.
- Fariz Eynullayev küçəsi (Musiqi məktəbinin arxası)-qapaqlar yoxdur.
- 1 May küçəsində-qapaqların çoxu yoxdur.
- Demanlı yaşayış sahəsi, Mirzə İbrahimov küçəsi (1-ci şəhid küçəsi)-qapaqların çoxu yoxdur.
- Naxçıvan küçəsi (Əlillər binasının yanı)-qapaqların çoxu yoxdur.
- Murad Mirzəyev (Cihazlar zavodu Qarasu yolu) küçəsində yerləşən bəzi dirəklərin qapaqları (10 ədəd) yoxdur.
- Seyid Əzim Şirvani küçəsində bəzi işıq dirəklərinin qapaqları və avtomat açarları yoxdur.
- Hacıqəhrəmanlı qəsəbəsi Seyid Yəhya Bakuvi küçəsində işıq dirəklərinin qapaqları yoxdur.
- Aşıq Pənah küçəsindəki xəttlərdə dirəklərdə qapaqlar yoxdur.
14.Tarıyel Həsənov küçəsindəki dirəklərdə qapaqlar yoxdur.
- Qasım bəy Zakir küçəsindəki işıq dirəklərində qapaqlar yoxdur.
- Maarif Aydınov küçəsindəki işıq dirəklərində qapaqlar yoxdur, xəttlərdə var.
17.Aşıq Pənah və Natavan küçələrində yerləşən KTM-ə müdaxilə olunduğundan fotorele sıradan çıxıb.
18.Şəhərin sənaye şəhərciyində (Retro sement ərazisində) KTM-in istifadəyə verilməməsinə baxmayaraq içindəki avadanlıqlar sökülərək dağıdılıb.
Şəhər sakinlərindən xahiş olunur:
- İctimai nəzarəti gücləndirsinlər;
- Çıxarılmış (oğurlanmış) qapaqların arxasında yüksək gərginlikli elektrik enerjisi olduğunu nəzərə alaraq, uşaqların yaxınlaşmasına imkan verməsinlər;
- Müdaxilə edən şəxslər barədə təcili olaraq 102 xidmətinə və şəhər İcra Hakimiyyətinin Qaynar xəttinə (215-45-06) məlumat versinlər.
Şirvan Şəhər İcra Hakimiyyəti