Yeni reallıqlar yaradan ölkə: Azərbaycan
27 iyul 2023 | 10:31
Şuşa–Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtıdır! Şuşada təşkil olunmuş növbəti beynəlxalq tədbir–Şuşa Qlobal Media Forumu oldu. Forumun mövzusu ilə yanaşı dövlət başçısının Forumda iştirakı və oradakı nitqi qürurverici idi. Azərbaycan Prezidenti İlham Əliyev Forum iştirakçısı olan bəzi nüfuzlu KİV-lərə ayrıca müsahibə də verdi. Çinin “China Media Group” media korporasiyasına dövlətimizin başçısının müsahibəsi Azərbaycan Milli Mətbuat günündə-iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlandı.
Cənab Prezidentimizin bu günə qədər bir sıra xarici jurnalistlərə verdiyi müsahibələr- xüsusilə 44 günlük Vətən müharibəsi zamanı, əsasən Qərb jurnalistlərinə verdiyi müsahibələr hamısı gündəm olub. Azərbaycanı təcavüzkar kimi təsvir etməyə çalışan aqressiv sualları ilə çıxış edən jurnalistlər yaxşı hazırlaşmışdılar. Onlar dövlət başçımızın siyasi hadisələrə aid hazırlanmış suallara verdiyi konkret, faktlara əsaslanan cavabları, hazırcavablığı, savadı qarşısında aciz qaldılar. Bu Qərb mətbuatının qərəzli, balanssız və anti-Azərbaycan yanaşması idi. Hansıki, biz bu reaallıqda 30 il idi ki, yaşayırdıq. Əgər, bu günə qədər olan müsahibələr haqq səsimizin, ədalətli mübarizəmizin carçısı kimi dünyanın diqqətini çəkmişdisə bu günkü müsahibədə Dünya mediası Azərbaycan xalqının, ölkə iqtisadiyyatının nələrə qadir olduğunun, eləcə də bir daha dünyaya dostluq ismarıcı şüarı həkk etdiyinin şahidi oldular. “China Global Television Network” televiziya kanalının verdiyi suallar və əlbətdə, Prezidentin əhatəli cavabları həmin müsahibəni xüsusi diqqət mərkəzinə gətirdi. Sözügedən TV-nin geniş auditoriyaya malik olması da böyük amildir. Çinli telejurnalistin verdiyi suallara cavab olaraq dövlət başçısı dedi: “30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb-dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi-siyasi inkişafı”.
“Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir” deyən cənab prezidentimiz qərəzli jurnalistlərə şillə kimi ismarıc da yolladı. Gününüz ağ olsun, komandan!
Əsl orijinallığın qorunub saxlanması, hər addımda bir Azərbaycan elemetinin olması Bakı şəhərində üç gün qonaq olan xarici medianın marağına səbəb oldu. Bunlar bir tərəfdən müstəqilliyin neməti, digər tərəfdən Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən Heydər Əliyev siyasətinin bəhrəsidir. Dünya, Azərbaycan və Heydər Əliyev! Bu bir sıralama deyil, əlbətdə. Əlbətdə, “Heç bir ölkəni özünə düşmən hesab etməməlisən. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür” ( Heydər Əliyev)
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Çin münasibətləri 30 ildən artıq köklərə dayanır. Onun Çinə səfərləri və görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar Azərbaycan dünyada o qədər də tanınmırdı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev isə həmin münasibətləri daha da inkişaf etdirərək möhkəm dostluğa çevirdi. Bizim beynəlxalq çoxtərəfli və ikitərəfli münasibətlərə yanaşmamız, dövlət siyasətimiz Çin üçün eləcə də, Çinin xarici siyasəti də bizim üçün maraq kəsb edir. Çin BMT Təhlükəsizlik şurasının daimi üzvüdür, nüvə dövlətidir və dünyada əhali sayına görə birinci sıradadır. Çinlə kitərəfli əlaqələrdə əldə etdiyimiz uğurlar ötəri xarakter daşımır, uzunmüddətli və qalıcıdır. Azərbaycanın tranzit imkanları, tarixi ipək yolunun bərpasına Azərbaycanın verdiyi öhdəliklər xüsusilə yeni gerçəkliklər danılmazdır. Azərbaycan Çin arasında ticarət həcmi artmaqdadır. İqtisadi-ticari amillər öz yerində, Prezident çox önəmli bir məsələyə toxundu: “Qədim ipək yolunda yerləşən ölkələrin xüsusiyyəti, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Buna görə Azərbaycanın mədəni irsi dövlətimiz tərəfindən lazımınca qorunur”. Nəzərə alsaq ki, bizim bölgədə yeganə monoetnik dövlət Ermənistandır və məhz Ermənistan bölgədə vandallıqla, işğalla məşğul olub, hələ də öz pis niyyətlərinin ab-havasındadırlar.
Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə də davam edirik. Açıq aydın görünür ki, ölkə həyatı yeni və böyük fəslə keçir. Bu keçid 44 günlük müharibədən öncə də, sonra da özünəməxsus məzmun və mahiyyət daşıyır. Zəfər qazanmağımız bizi arxayınlaşdırmayıb, əksinə daha da məsuliyyətli edib. Azərbaycan hər zaman ədalətli mövqe tutub. Azərbaycanofobiya mövqeyi tutanlar Azərbaycanı yalnış suçlamalardan çəkinməlidirlər. Fransa prezidenti Makron bizə Ermənistan baş naziri və Prezidentindən, Fransa parlamenti Ermənistan parlamentindən daha aqressiv davranış sərgiləyir. 44 günlük müharibənin sonucunda yaranmış yeni gərçəkliklərə münasibətdə Fransa daha barışmazdır nəinki Ermənistan. Fransa balaca bacısı Ermənistanın soyqrım aktlarına kar, kor, lal olub. Özü işğalçılıq, müstəmləkəçilik edə-edə sülhdən, demokratiyadan danışır. Ayıb! Eynən Ermənistan haqqında da belə bir obraz yaratmağa çalışırdılar-bəs deməzsənmi Paşinyan demokratdır... Demokrat Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deyirdi”. Dəmir Yumruğu ağzının üstündən yedi və dərsini aldı. Bu gün ona vəkillik edənlər də həmən Yumruqdan qorxsalar yaxşı olar. Bizi gerçəkliklərlə, “status kvo” ilə barışmağa təhrik edənlər özləri yeni gerçəklikləri qəbullanmaq zorundadırlar. Ali Baş Komandan İlham Əliyev öz şanlı ordusu ilə tarix yazaraq mümkün olmayanı mümkün qıldığımızı bütün dünyaya göstərib. Bu gün də öz dərin zəkası, müdrik siyasəti ilə dünyanın iqtisadiyyatına yeni yollar açaraq yeni ümidlər doğurmaqda davam edir. “Bir kəmər, bir yol” layihəsinə qoşulmaqla layihədə iştirak edən ölkələr arasında 307 günə infrastruktur layihəsini icra edərək rekorda imza atdı. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşurutları üzərində yerləşən ölkəmiz nəqliyyat infrastrukturunun olmaması ucbatından bu coğrafiyadan istifadə edə bilmirdi. Bu gün isə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun təşəbbüskarı kimi dünya qarşısında alnıaçıq dayanmışıq.
“Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” (Heydər Əliyev)
İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan ərazisində, konret olaraq Qarabağ və Gündoğar Zəngəzurda SSRİ dönəmində çəkilmiş yollardan daha uzun, enli, çoxşaxəli yollar çəkilib. Hətta, elə yollar, tunellər, körpülər çəkilib ki, oralarda əvvəllər heç yol olmayıb, gediş –gəliş olmayıb. Əmin olun ki, Azərbaycan ərazisindən təkcə Bakı-Tibilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən, Zəngəzur dəhlizi işə salınacaq. Ölkələr arasında yollar çoxalacaq, Azərbaycan vasitəsilə daha çox yüklər daşınacaq. Qutsal bayrağımızın dalğalandığı torpaqlardan başlanıb, Zəngəzur dəhlizindən keçən yollar dünya iqtisadiyyatına böyük töhfələr, dünya ölkələrinə möhkəm dostluqlar daşıyacaq.
Nəsibə Məmmədova
Dövlət Arxivi Şirvan Filialının direktoru