Yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi nəzərdə tutulub.
Uzun illər istismarda olan 110/35/6 kv-luq “Cənub” yarımstansiyasından çıxan 35 kv-luq 754-№1, 754-№2 və 756 saylı elektrik hava xətləri şəhərin Maarif Aydınov, Taleh Ələkbərov, Tahir Bağırov və Vidadi küçələrində yaşayan sakinlərin və 11 saylı tam orta məktəbin həyətyanı sahəsinin üzərindən keçir. Elektrik xəttinin qeyd edilən ərazidən keçməsi sakinlərin, məktəb kollektivinin həyatı üçün təhlükə olmaqla yanaşı, baş verə biləcək qəza hallarının vaxtında qarşısını almaq, qabaqlayıcı-profilaktik tədbirlərin həyata keçirilməsi üçün böyük çətinliklər yaradır. Nəzərinizə çatdırırıq ki, uzunluğu 7 km olan yüksək gərginlikli elektrik hava xəttinin yerinin dəyişdirilməsi ilə bağlı işlərin cari ayda başlanılması və oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulub.