Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

06 noyabr 2025 | 12:43

Şirvanda "Konstitusiya və Suverenlik İli" çərçivəsində silsilə tədbirlər davam etdirilir.

Noyabrın 6-da şəhərin H.Əliyev prospektində 8 noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib.

Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının birlikdə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları və xəstəxanın kollektivi iştirak ediblər.

Aksiya zamanı 250-dən çox Eldar şamı və sərv ağacı əkilərək aqrotexiki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Aksiyanın keçirilməsində məqsəd torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Keçidlər