Zəfər Günü münasibətilə Şirvan şəhərində ağacəkmə aksiyası təşkil edilib.
07 noyabr 2026 | 15:55
Noyabrın 7-də Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkının ərazisindəki Qarabağ xiyabanında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və aparatın əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları iştirak ediblər.
Aksiya zamanı müxtəlif növ ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib.






