Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfərin mübarək, Vətən !” adlı tədbir keçirilib.

01 noyabr 2022 | 18:07

1 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Zəfərin  mübarək, Vətən” adlı tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, YAP Şirvan şəhər təşkilatının məsul əməkdaşları, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri, şəhid ailələri iştirak edib.Tədbir iştirakçıları öncə Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül-çiçək dəstələri düzərək, xatirələrini ehtiramla yad ediblər. Sonra tədbir Şirvan şəhər Heydər Əliyev Mərkəzində davam edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov tədbiri giriş sözü ilə açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, 8 Noyabr-Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.  2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsininn parlaq əhifələri haqqında məlumat verib. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya mətinliyini, mübarizliyini nümayiş etdirdiyini vurğulayıb. Ölkə başçısının yalnız hərb meydanında deyil, diplomatik cəbhədə də qələbə çaldığını qeyd edib. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və Hacı Vasif çıxışlarında Vətən müharibəsi qəhrəmanlarının şücaətindən, şəhid adının müqəddəsliyindən bəhs ediblər. Zəfər Gününün dövlət səviyyəsində təntənə ilə qeyd edilməsinin şəhid ruhlarına ehtiramın bariz nümunəsi olduğunu vurğulayıblar. Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 8 noyabr-Zəfər Günü, eləcə də Vətən müharibəsində şanlı qələbəmizin ikinci ildönümü münasibətilə hazırladığı “Zəfərin mübarək, Vətən”adlı video çarx nümayiş olunub.

 

 

 Mətbuat xidməti

Keçidlər