Şriftin ölçüsü :

Saytın rəngi :

İşıq qəzeti

Şirvan şəhər Mətbuatı.

8 avqust 1930-cu il tarixdə Azərbaycan KP MK Əli Bayramlı (indiki Şirvan şəhəri) ərazi vahidinin-rayonun yaradılması barədə qərar qəbul etdi. Elə həmin ildən də 1930-cu ildən burada “Muğan sədası” adlı rayon qəzeti çıxmağa başladı. Sonralar bu da dəyişmiş, “Pambıq zərbəçisi”, “Yüksəliş uğurunda” adı altında rayon qəzeti çıxmışdır.
“Muğan sədası”,”Pambıq zərbəçisi”, “Yüksəliş uğurunda” qəzetlərimiz əvvəl 2 səhifə, sonradan 4 səhifə çıxmağa başlamışdır.
İlk qəzetin redaktoru tanınmış jurnalist, “Molla Nəsrəddin”çi Məmmədəli Nasir olmuşdur.
Sonralar Əkbər İsayev, Əvəz İbrahimov, Baxış Mirzəyev, Tapdıq Xudayev, Vəli Ələkbərov qəzetlərimizin redaktorları olmuşlar.
1965-ci ildən başlayaraq Azərbaycan Kommunist Partiyası Əli Bayramlı şəhər Komitəsi və şəhər XDS-nin orqanları həftədə 3 dəfə çıxan “İşıq” (Azərbaycan dilində), “Mayak” (rus dilində) fəaliyyətə başlamışdır.
“İşıq” bu adla bu gün də çıxır. Ayda 2 dəfə oxucuları ilə görüşə gələn “İşıq”ın tirajı 1200 ədəddir.
“İşıq”ın ilk və hazırki baş redaktoru, Respublikaının Əməkdar jurnalisti Möhsüm Xəlilovdur. O, 1965-ci ildən başlayaraq (kiçik fasilələri nəzərə almasaq) “İşıq”ın redaktə edir. Kollektiv 6 nəfərdir.
“Mayak”ın (rus dilində) 1965-ci ilin 10 dekabrında ilk nömrəsi çapdan çıxmışdır. İlk redaktoru E.Yelizarov olmuşdur. 1991-ci ilin sonunda “Mayak” iqtisadi çətinliyə görə fəaliyyətini dayandırmışdır.
“Müstəqil Azərbaycan uğurunda” devizi ilə ayda 1 dəfə Azərbaycan Xalq Cəbhəsi Əli bayramlı şöbəsinin birləşmiş dayaq dəstələrinin “Qırxçıraq” adlı qəzeti çıxmışdır.
Qəzet 1990-cı ilin iyununda nəşr edilməyə başlamışdır.
“Qırxçıraq” 1999-cu ildən müstəqil ictimai-siyasi qəzet kimi fəaliyyət göstərməyə başlamışdır.
Fasilələrlə çıxmış “Qırxçıraq” qəzetinin redaktoru İlham Aprel oğlu Axundov olmuşdur.
1930-cu ildə Əli Bayramlıda (indiki Şirvan şəhərin)də qəzet fəaliyyətə başladıqda ilk növbədə mətbəə yaradılmışdır. Həmin mətbəə 1962-ci ilin 1 iyununda Sabirabadda Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin rayonlararası “Muğan” qəzeti çapdan çıxanadək fəaliyyət göstərmişdir. 1965-ci ildə Əli Bayramlıda (indiki Şirvan şəhəri) müstəqil mətbəə yaradılmışdır.Bu “İşıq” və “Mayak” qızetlərinin çapı üçün nəzərdə tutulmuşdur.
1965-ci ilin 1 sentyabrında “İşıq”, həmin ilin 10 dekabrında isə “Mayak” ilk nömrələri bu mətbədə çap olunmuşdur.

Keçidlər