“Azərsu”ASC tərəfindən Şirvan şəhərində su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin icrası ilə bağlı işlər davam etdirilir
05 aprel 2023 | 13:28
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.
2023-cü ilin aprel ayından başlayaraq şəhərin Məhəmməd Əmin Rəsulzadə prospektində diametri 400 mm-lik olan, uzunluğu 650 p/m yeni kanalizasiya sisteminin qurulmasına başlanılmışdır.