Şriftin ölçüsü :

Saytın rəngi :

Baharın gəlişi ilə əlaqədar Şirvanda ümumşəhər iməcliyi keçirilib.

11 mart 2023 | 14:19

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına əsasən, 11 mart 2023-cü il tarixdə şəhər ərazisində Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş ümumşəhər iməcliyi keçirilib. Ölkəmizin hər bir guşəsində aparılan geninşmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Şirvan şəhərində də yaşayış sahələrinin, məhəllə və həyətlərin, küçələrin park və istirahət yerlərinin abadlaşdırılması, sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası, yaşıllıqların qorunması, yeni yaşıllıq sahələrinin salınması və şəhərin təmizliyi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Elimizin adət-ənənələrinə uyğun olaraq, bahar fəslini “Təmiz Şirvan”la qarşılamaq məqsədi ilə təşkil olunan bu günki ümumşəhər iməcliyi Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib. İməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə və müəssisələrinin nümayəndələri də yüksək fəallıq nümayiş etdiriblər. İməclik zamanı prospekt və küçələrin, səki kənarlarının, bardürlərin, işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində abidələrin, yaşıllıqların, oturacaqların təmizlənməsi və yuyulması işləri həyata keçirilib. Kommunal Kombinatı Müəssisəsinin və Mənzil Təsərrüfatı İdarəsinin xüsusi təyinatlı avtonəqliyyat vasitələri  və əməkdaşları tərəfindən xidməti ərazilər və yol kənarları  tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, həmçinin digər abadlıq işləri görülüb. Məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizlik işləri görülüb. Ərazilərdən çıxarılan məişət tullantıları xüsusi təyinatlı texnikalar vasitəsilə daşınıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşları tərəfindən bu günkü iməcliyə birgə baxış keçirilib və görülən işlərlə yerində tanış olunub. İməclikdən sonra keçirilən iclasda görülən işlər və nöqsanlar müzakirə olunub. Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev ümumşəhər iməcliyində həyata keçirilən işlər barədə geniş məlumat verib. Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, ümumşəhər iməcliyinin əhəmiyyətindən danışıb. Xidmət təşkilatlarının şəhər ərazisndə gündəlik təmizlik və səliqə-sahman işləri aparmasına baxmayaraq, şəhərimzin daha da gözəlləşməsi və “Təmiz şəhər” olması naminə ayda bir dəfə ümumşəhər iməcliyinin keçirilməsinin vacibliyini qeyd edib. Bu sahədə qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Mətbuat xidməti

Keçidlər