Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında şəlalə və fontanlar təmir edilir.

10 fevral 2023 | 17:36

Ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkəmizin paytaxt və regionlarında olduğu kimi, Şirvan şəhərində də abadlıq-quruculuq işləri geniş vüsət alıb. Şəhərdə reallaşdırılan sosial infrastruktur layihələr çərçivəsində əhalinin asudə vaxtının səmərəli təşkili və maksimum rahat istirahət etmələri üçün müasir tələblərə cavab verən yeni parklar salınıb, eləcə də mövcud istirahət və mədəniyyət parkları təmir edilərək şirvanlıların istifadəsinə verilib. Hazırda Şirvan şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təmir-bərpa işləri həyata keçirilir. Şəlalənin estetik baxımdan daha maraqlı və görkəmli olması üçün xüsusi sualtı işıqlandırma sistemi ilə təbii qaya daşlarından effekt verilib. Təbii şəlalə təəsüratı yaratmaq üçün su axını qaya daşlarına uyğun tənzimlənib. 11 ədəd yeni led lampa, 1 ədəd yeni su nasosu quraşdırılıb, izolyasiya işləri aparılıb. Fəvvarədə  60 ədəd sualtı izolyasiyalı işıq lampası yenisi ilə əvəz olunub, 7 ədəd su nasosu quraşdırılıb, sızma olan yerlərdə izolyasiya işləri aparılıb. 223 metr elektrik naqili yenilənib, zədələnmiş və qopmuş mərmərlər bərpa olunub.  Fontanın işıq mənbəyi ilə təmin olunması üçün 3 yeni transformator quraşdırılıb. Həmçinin şəlalə və fontanların ətrafında səliqə-sahman işləri aparılı,  ağac və kollar budanıb, dekorativ forma verilib. Parkda aparılan təmir-bərpa işləri yaxın günlərdə yekunlaşdırılacaqdır.

 

Mətbuat xidməti

Keçidlər