Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Heydər Əliyev meydanında yerləşən fəvvarədə təmir işləri aparılır.

14 fevral 2023 | 18:34

Şirvan sakinlərinin və qonaqların yaz aylarında xoş istirahətini təmin etmək üçün şəhər ərazisində yerləşən parklarda, xiyabanlarda, yaşıllıq zolaqlarında abadlıq-bərpa, səliqə-sahman işləri aparılır. Şəlalə və fəvvarələrə baxış keçirilir, təmir edilir, sıradan çıxmış hissələri yeniləri ilə dəyişdirilir. “Heydər Əliyevi ili” çərçivəsində xalqımızın Ümummili lideri, Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda və meydanda da bir sıra işlər işlər görülür. Şəhərin mərkəzində yerləşən Heydər Əliyev meydanındakı fəvvarədə 3 su nasosu təmir olunub və 68 izolyasiyaslı sualtı lampalar yenisi ilə əvəz olunub. 60 metr elektrik naqili yenilənib və 2 ədəd yeni transformator quraşdırılıb. Təmir-bərpa işlərindən sonra şəlalə və fəvvarələr şəhər sakinlərini, eləcə də şəhərimizin qonaları tam işlək vəziyyətdə qarşılayacaq.

 

 

Mətbuat xidməti

Keçidlər