Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti Şəhər İşıqları İdarəsi tərəfindən şəhərin müxtəlif ərazilərində təmir və yenilənmə işləri görülüb.

16 avqust 2023 | 18:40

Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində respublikanın hər yerində olduğu kimi, Şirvan şəhərində də mühüm infrastruktur layihələri həyata keçirilir. Şəhərdə sosial və kommunal xidmətlərin həcmi və keyfiyyəti yaxşılaşdırılır, abadlıq-quruculuq işləri geniş vüsət alır. Şirvan şəhərində ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənaətə imkan verən və səmərəliliyi artıran, küçə və dalanların fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən yeni işıqlandırma sistemində bir sıra təmir-bərpa işləri aparılıb. Belə ki, Şirvan Şəhər İşıqları İdarəsi tərəfindən şəhərin S.Ə.Şirvani, S.Vurğun və X.Məmmədov küçəsində nasaz naqillər dəyişdirilərək, yenisi ilə əvəz olunmuş, H.Əliyev meydanında və Salyan dairəsində işıq dirəklərində lampalar dəyişdirilmiş, H.Əliyev parkında və S.Vurğun küçəsində işıq dirəkləri yerə qoyularaq, qısaqapanma aradan qaldırılmışdır. Vətən müharibəsi şəhidi Yusif Cəfərovun yaşadığı evdə nasaz naqillər dəyişdirilmiş, təmir-bərpa işləri aparılmış, şəhid Bəxtiyar İslamovun xatirə lövhəsinin ətrafında nasaz işıq sistemi yenidən bərpa olunmuşdur. Şəhərin M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında nasaz elektrik avadanlıqları təmir edilmişdir.

Keçidlər