Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Heydər Əliyev parkında və Heydər Əliyev meydanında görülən işlərlə tanış olub.

04 aprel 2023 | 18:54
“Heydər Əliyev İli” çərçivəsində şəhərin Heydər Əliyev parkında və Heydər Əliyev meydanında təmir, bərpa və abadlıq işləri aparılır. 4 aprel 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aidiyyəti qurumların rəhbərləri ilə birlikdə abadlıq-quruculuq işlərinin aparıldığı ərazilərə baş çəkib, görülən işlərlə yerində tanış olub.
Belə ki, Heydər Əliyev parkında işıqlandırma və suvarma sistemləri, şəlalə və fəvvarələr əsaslı təmir olunub. Uşaq-əyləncə və fitnes idman qurğuları meydançasında torpaq qatı çıxarılıb və qum-çınqıl hazırlıq qatı verilib. Beton bardyurlar sökülüb və yenidən quraşdırılıb. Hasar divarı və metal barmaqlıqlar əsaslı təmir olunur. Hazırda xəstəlik səbəbindən qurumuş ağacların götürülməsi işləri aparılır. Oturacaqlar və tullantı qablar təmir olunaraq rənglənir, saat qurğusu təmir olunur.
Heydər Əliyev parkında tikinti-quruculuq işləri ilə tanış olan şəhər rəhbərliyi daha sonra Heydər Əliyev meydanında abadlıq işlərinin gedişi ilə maraqlanıb. Hazırda Heydər Əliyev abidə kompleksinin postament hissəsində mərmər, “ağ lay”, tamet tavalar və işıqlandırma sistemi təmir olunur. İstiqlaliyyət prospektində yola asfalt-beton örtük vurulur.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ərazidə aparılan abadlıq-bərpa və səliqə-sahman işləri ilə bağlı müvafiq tövsiyələrini verib, görülən işlərin yüksək keyfiyyətlə yaxın zamanlarda başa çatdırılması ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb.
Şirvanlılar ölkə ərazisində, xüsusilə də Şirvan şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edirlər.
 
 
Mətbuat xidməti
Keçidlər