Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin Hacıqəhrəmanlı qəsəbəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib.

30 dekabr 2023 | 15:50

Şəhərin Hacıqəhrəmanlı qəsəbəsində müasir memarlıq üslubunda salınan “Abad məhəllə” dekabrın 30-da qəsəbə sakinlərinin istifadəsinə verilib. Əraziyə tamet tavalar döşənib, beton bordyurlar düzülüb, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəsəbə sakinləri və məktəblilərlə birlikdə məhəllədə ağacəkmə aksiyasında iştirak edib. Məhəllə sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemləri dinləyib, həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Sakinlər göstərilən diqqət və qayğıya, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər