Şirvan şəhərində abadlıq və quruculuq işləri davam etdirilir.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” na uyğun olaraq, Şirvan şəhərində geniş abadlıq və quruculuq işləri davam etdirilir. Şəhər mərkəzi ilə yanaşı 2023-cü ildə qəsəbələrdə də abad məhəllələrin salınması ilə əlaqədar layihələndirmə işləri başa çatdırılmışdır. Bildiririk ki, layihə üzrə şəhərin Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə və Bayramlı qəsəbəsi Mirzə Ələkbər Sabir küçələrində salınacaq abad məhəllələrdə sakinlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır. Burada söhbətgahlar, uşaq əyləncə qurğuları, oturacaqlar quraşdırılacaq, ərazi abadlaşdırılaraq yaşıllaşdırılacaqdır.
Ərazilərin mövcud vəziyyəti:
Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə küçəsi
Bayramlı qəsəbəsi