Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində küçələrin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.

31 dekabr 2023 | 15:43

Şirvan şəhəri ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə mərkəzi və məhəllədaxili küçələrin abadlaşması işləri mərhələli şəkildə davam etdirilir.

Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2023-cü ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar başa çatmış satınalma proseduruna əsasən şəhərin Ç.Mustafayev, P.Ə.Xan, A.Mustafayev, N.Vəzirov, R.Rza və Ş.İ.Xətai küçələrini əhatə etməklə asfalt-beton örtüyü vurulmuşdur.

Hazırda aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtüyün dağılmış hissələri qazılıb çıxarılır, həmin hissələr çınqıl-qum qarışığı ilə doldurulur, yeni hamarlayıcı qat verilərək kipləşdirilir, asfalt-beton örtüyü üçün hazırlanır.

Keçidlər