Şirvan şəhərində küçələrin asfaltlanması mərhələli şəkildə davam etdirilir.
Şirvan şəhəri ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə mərkəzi və məhəllədaxili küçələrin abadlaşması işləri mərhələli şəkildə davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2023-cü ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar başa çatmış satınalma proseduruna əsasən şəhərin Təzə şəhər, Köhnə şəhər, Kənd evləri, Bağ evləri, Demanlı, Çılpaqlı adlanan yaşayış sahələrini əhatə etməklə ümumilikdə 33 ünvana 55 715, 35 kv.metr asfaltbeton örtüyünün vurulması işlərinə başlanılmışdır.
Hazırda aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtüyün dağılmış hissələri qazılıb çıxarılır, həmin hissələr çınqıl-qum qarışığı ilə doldurulur, yeni hamarlayıcı qat verilərək kipləşdirilir. Daha sonra asfalt-beton örtüyü salınacaqdır.
Eyni zamanda Azərsu ASC tərəfindən yeni çəkilmiş su və kanalizasiya xəndəkləri qırmadaş, daş ələntisi və qum qarışığı ilə doldurulmaqla kipləşdirilir və 10 249 kv.mert sahədə asfalt örtüyünün bərpa işləri aparılır.