Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində piyada keçidləri yenidən rənglənir, yol nişanları yeniləri ilə əvəzlənir

19 yanvar 2023 | 17:55

Şirvan şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi, avtomobil yollarında, küçə və prospektlərində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol cizgi və yol göstərici xətləri, həmçinin piyada keçid zolaqları yenidən rənglənib, zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilib. 19 yanvar 2022-ci il tarixdə İstiqlaliyyət prospektində, 1 May, Vidadi, Mahir Mirzəyev küçələrində piyada zolaqları, üfiqi nişanlanma xətləri, nəqliyyat axınının ayrıldığı və birləşdiyi yerlər rənglənib.  Aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha rahat və təhlükəsiz olub. Bu çərçivədə şəhərin digər küçə və prospektlərdə piyada keçid zolaqlarının, eyni zamanda yolun hərəkət zolağında olan xətlərin də yenilənməsi işləri davam etdiriləcəkdir.

 

Mətbuat xidməti

Keçidlər