Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində piyada zolaqları rənglənir 15.03.2023

15 mart 2023 | 15:05

Şirvan şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi,avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol cizgi və yol göstərici xətləri, həmçinin piyada keçid zolaqları yenidən rənglənir, zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilir. Öncə piyada zolaqlarının rənglənməsi şəhərin əsas küçə və prospektlərində həyata keçirilib. Heydər Əliyev prospektində (11 nömrəli məktəbin və Azpetrolun qarşısı), Nəriman Nərimanov küçəsində (Mərkəzi Şəhər Xəstəxanasının və poliklinikanın qarşısı),  İstiqlaliyyət prospektində (işıqforların qarşısı) aparılmış işlər nəticəsində vətəndaşların yolun hərəkət hissəsindən keçməsi daha rahat və təhlükəsiz olub. Bu çərçivədə şəhərin digər küçə və prospektlərində anoloji işlər icra olunacaq, piyada keçid zolaqlarının, eyni zamanda yolun hərəkət zolağında olan xətlərin də yenilənməsi işləri uğurla davam etdiriləcəkdir.  

 

 

Mətbuat xidməti

Keçidlər