Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində su və kanalizasiya sahəsində genişmiqyaslı işlər davam etdirilir.

14 avqust 2024 | 10:58

Dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən aparılan quruculuq işləri uğurla həyata keçirilir. Respublikamızın rayon və şəhərlərində içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir.

Şirvan şəhərində də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilmiş, şəhərin küçə və prospektlərində müxtəlif diametrli köhnəlmiş su və kanalizasiya xətləri yenisi ilə əvəz olunmuş, su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulan ərazilərdə əhaliyə göstərilən xidmətin keyfiyyəti yaxşılaşdırılmışdır.

Belə ki, 2019-2023-cü illər ərzində şəhərin H.Z.Tağıyev, M.İbrahimov, Vidadi, Xəqani (bağ evləri), Səməd Vurğun, Heydər Əliyev, Nəriman Nərimanov (bağ evləri), Energetik (bağ evləri) küçələrində, həmçinin çoxmənzilli yaşayış binalarında müxtəlif diametrli magistral və binadaxili polietilen borularla yeni su xətləri çəkilib istismara verilmiş və su xətlərinin üzərinə mexaniki su sayğacları quraşdırılmışdır.

Eyni zamanda şəhərin Heydər Əliyev, Xəqani, Leytenant Mahmud İbrahimov, Energetik, Fariz Eynullayev, Faiq İsmayılov, Zülfi Hacıyev, Məmməd Əmin Rəsulzadə, Tofiq İsmayılov, Sahib Zeynalov, Nəriman Nərimanov, 20 Yanvar, Səməd Vurğun küçələrində müxtəlif diametrli yeni kanalizasiya xətləri çəkilmiş və yeni baxış quyuları inşa edilmişdir.

Hazırda şəhərin Məhəmməd Əsədov, Şəhidlər, Şirvan, Tofiq İsmayılov, Mehdi Hüseynzadə, Adil İsgəndərov və Məmməd Səid Ordubadi küçələrində su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinə başlanılmış, həmçinin şəhər sakinlərinə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə içməli su və kanalizasiya xidmətlərinin əhali və qeyri-əhali sektoru üzrə təminatı daim nəzarətdə saxlanılır.

Keçidlər