Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində yeni qaz xətləri quraşdırılıb.

31 yanvar 2023 | 16:06

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, regionların inkişafı üzrə dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkə ərazisində əhalinin həyat şəraitinin yüksəldilməsi, qaz, su, enerji təchizatının yaxşılaşdırılması, küçə və prospektlərin, məhəllələrin abadlaşdırılması istiqamətində görülən işlər Şirvan şəhərində də ardıcıl olaraq davam etdirilir. Salyan rayon Qaz İstismar İdarəsinin Şirvan Xidmət Sahəsi tərəfindən 2023-cü ilin yanvar ayı ərzində Bağ massivi Naxçıvan küçəsində abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 57 mm-lik 460 p/m yerüstü xətt quraşdırılıb. Mahir Mirzəyev küçəsində yerləşən  korroziyaya uğrayaraq istismara yararsız vəziyyətə düşmüş müxtəlif diametrli aşağı təzyiqli əhali xəttinin əvəz olunması məqsədilə 89 mm-lik 790 p/m yerüstü xətt quraşdırılılıb. 30 ədəd mexaniki qaz sayğacı quraşdırılaraq abonent qeydiyyatına alınıb və qeydiyyatda olan abonentlərə dayanıqlı qaz təminatı üçün 162 ədəd istismar müddəti  bitmiş, xəta ilə  işləyən fərdi qaz sayğacları yeniləri ilə əvəz olunub. Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcəkdir.

 

 

Mətbuat xidməti

Keçidlər