Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində yol nişanlanma işlərinə başlanılıb.

01 dekabr 2025 | 18:06

Şirvan Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şirvan şəhərində nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi və yol hərəkətinin tənzimlənməsi məqsədilə avtomobil yollarında yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işlərinə başlanılıb.

İşlər çərçivəsində şəhərin H.Əliyev, İstiqlaliyyət və M.Ə.Rəsulzadə prospektlərində, Naxçıvan küçəsində yeni üfüqi nişanlanma xətləri çəkilib, piyada zolaqları, dönmə istiqamətləri və dayanma xətləri xüsusi boyalarla işarələnib. Hazırda digər küçələrdə işlər davam etdirilir.

Görülən tədbirlər nəticəsində şəhər yollarında nəqliyyat axınının nizamlanması, piyadaların və sürücülərin hərəkətinin daha təhlükəsiz şəkildə təmin olunmasına şərait yaradılacaqdır.

Qeyd edək ki, Şirvan şəhərində yol infrastrukturu ilə bağlı abadlıq və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.

Keçidlər