Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin küçə və yollarında işıqlandırma sistemlərində yaranan nasazlıqlar aradan qaldırılmışdır.

13 oktyabr 2023 | 12:23

Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 iilik yubileyi ilə əlaqədar, şəhər ərazisində genişmiqyaslı abadlıq və təmir işlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən imzalanmış 24 avqust 2023-cü il tarixli, 201 nömrəli Sərəncama əsasən 60 bənddən ibarət “Tədbirlər  Planı” təsdiq edilmişdir.

“Tədbirlər Planı”nda, “Şirvan Şəhər İşıqları” İdarəsi tərəfindən şəhər ərazisində yerləşən park, xiyaban, küçə  və yollarda işıqlandırma sistemlərində nasazlıqların aradan qaldırılması (ehtiyac olduqda dirəklərin rənglənməsi, plafon  və lampaların dəyişməsi) nəzərdə tutulmuşdur.

Hazırda Heydər Əliyev meydanı ilə üzbəüz Energetik küçəsində yerləşən piyada zonasında, Məhəmməd Əmin Rəsulzadə, İstiqlaliyyət prospektlərində və Nərimanov küçəsində işıqlandırma sistemləri təmir olunur. Bu məqsədlə 2 490 metr yeraltı kabel, 80 metr dirəkiçi kabel yenilənmiş, işıq plafonlarının təmiri üçün 92 ədəd philips lampa, 162 ədəd “drossel”, 22 ədəd “iqnatior” istifadə olunması nəzərdə tutulur.

Artıq Energetik küçəsində yerləşən piyada zonasında və Məhəmməd Əmin Rəsulzadə prospektində işlər başa çatdırılaraq ərazi işıqlandırılmışdır.

Şirvan şəhər ərazisində yeni küçə işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.

Keçidlər