Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda ağac və kollar yaz mövsümünə hazırlanır.

09 fevral 2023 | 18:35

Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində qarşıdan gələn yaz mövsümünə hazırlıq görülür, səliqə-sahman, abadlıq-bərpa işləri həyata keçirilir.Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində ağacların, dekorativ gül və kolların budanması işləri həyata keçirilir, onlara aqrotexniki qulluq göstərilir. Əsasən magistral yol və prospektlərin kənarlarında, park və xiyabanlardakı iynəyarpaq və həmişəyaşıl ağacların qurumuş budaqları kəsilərək ərazidən kənarlaşdırılır. Suvarma mövsümünə hazırlıq üçün yaşıllıq sahələri şumlanır, suvarma kanalları çəkilir. Dekorativ gül və kolların tingləri yeni mövsümdə əkilmək üçün hazırlanır. Şəhər ərazisində yazın gəlişi ilə əlaqədar təmizlik, səliqə-sahman işləri davam edir.

 

 

Mətbuat xidməti

Keçidlər