Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda ağac və kolların budanması işləri həyata keçirilib.

22 fevral 2023 | 17:32

Şirvan şəhəri ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Yaz mövsümünün gəlişinə hazırlıqla əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin təkilatçılığı ilə şəhər ərazisində səliqə-sahman, təmizlik işləri həyata keçirilir. Belə ki, Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində ağaclar, dekorativ gül və kollar budanıb, onlara aqrotexniki qulluq göstərilib. Şəhərin Heydər Əliyev meydanında iynəyarpaq və həmişəyaşıl ağacların qurumuş budaqları kəsilərək ərazidən kənarlaşdırılıb. Dekorativ gül və kolların tingləri yeni mövsümdə əkilmək üçün hazırlanıb. Şəhər ərazisində yazın gəlişi ilə əlaqədar təmizlik, səliqə-sahman işləri davam edir.

 

 

Mətbuat xidməti

Keçidlər