Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda küçələrin asfaltlanması işləri davam etdirilir.

07 oktyabr 2025 | 17:20

Şirvan şəhəri ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq, əsaslı təmir işləri çərçivəsində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə şəhərin mərkəzi və məhəllədaxili küçələrinin asfalt-beton örtüyünün vurulması işləri davam etdirilir.

Hazırda şəhərin Heydər Əliyev və İstiqlaliyyət prospektlərində, N.Nərimanov, F.Eynullayev, T.Ələkbərov, T.İsmayılov, M.İbrahimov, Xaqani, Cavad xan, Əzizə Cəfərzadə, Əliş Ləmbəranski, Naxçıvan, 20 Yanvar və Mübariz İbrahimov küçələri daxil olmaqla, ümumilikdə 16 küçədə asfalt-beton örtüyü vurulmuşdur. 

Həmçinin Şirvan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi işləri çərçivəsində şəhərin M.Əsədov, M.Hüseynzadə və Şirvan küçələrində qazılmış asfalt yerlərin bərpası ilə bağlı 13800  m2 asfalt örtük vurulmuşdur.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sözügedən ərazilərdə görülən işlərə baxış keçirib, icraçılara, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verib.

Qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2025-ci ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar başa çatmış tender proseduruna əsasən şəhərin 26 küçəsində 48729.4 m2  asfalt-beton örtüyünün vurulması planlaşdırılır.

Keçidlər