Şirvanda küçələrin asfaltlanması işləri davam etdirilir.
Şirvan şəhəri ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq, əsaslı təmir işləri çərçivəsində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə şəhərin mərkəzi və məhəllədaxili küçələrinin asfalt-beton örtüyünün vurulması işləri davam etdirilir.
Hazırda şəhərin Heydər Əliyev və İstiqlaliyyət prospektlərində, N.Nərimanov, F.Eynullayev, T.Ələkbərov, T.İsmayılov, M.İbrahimov, Xaqani, Cavad xan, Əzizə Cəfərzadə, Əliş Ləmbəranski, Naxçıvan, 20 Yanvar, Mübariz İbrahimov, M.Füzuli, M.Mirzəyev, A.Gəraybəyli, N.Xəlilov və C.Naxçıvanski küçələri daxil olmaqla, ümumilikdə 24 küçədə asfalt-beton örtüyü vurulmuşdur.
Həmçinin Şirvan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi işləri çərçivəsində şəhərin M.Əsədov, M.Hüseynzadə,Şirvan, Şəhidlər və M.S.Ordubadi küçələrində qazılmış asfalt yerlərin bərpası ilə bağlı 24600 m2 asfalt-beton örtük vurulmuşdur.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sözügedən ərazilərdə görülən işlərə baxış keçirib, icraçılara, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verib.
Qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2025-ci ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar başa çatmış tender proseduruna əsasən şəhərin 26 küçəsində 48729.4 m2 asfalt-beton örtüyünün vurulması planlaşdırılır.






