Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda küçələrin işıqlandırılması davam edir.

10 yanvar 2023 | 11:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında respublikanın digər şəhərləri ilə bərabər Şirvan şəhərində də küçə və prospektlərin işıqlandırılması işləri uğurla davam etdirilir. Abadlıq-quruculuq işləri çərçivəsində şəhər üzrə  çoxmənzilli yaşayış binalarının məhəllələrinin və məhəllədaxili yollarının işıqlandırılması işləri həyata keçirilir, küçə və prospektlərin mövcud işıqlandırma sistemi əsaslı təmir edilir. Yeni kabel xətləri cəkilir, yeni işıq dirəkləri quraşdırılır. Qurulan yeni işıq sistemləri Şirvan şəhərinin enerji təsərrüfatı və təminatını yaxşılaşdırmaqla yanaşı, həm də onun idarə edilməsini optimallaşdırmağa xidmət edəcəkdir. Hazırda Heydər Əliyev prospekti, Fariz Eynullayev, Nəriman Nərimanov, Qafur Məmmədov, Xəqani 88 küçələrində işıqlandırma işləri həyata keçirilir. Vahid idarəetmə sistemi ilə qurulan bu işıqlar şəhər sakinləri tərəfindən məmnunluqla qarşılanır.

 

Mətbuat xidməti

Keçidlər