Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda növbəti 3 məhəllənin abadlaşdırılması başa çatdırılıb.

31 dekabr 2023 | 12:07

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Şirvan şəhərində geniş abadlıq və quruculuq işləri davam etdirilir. Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 iilik yubileyi ərəfəsində görülən işlər sakinlər tərəfindən rəğbətlə qarşılanır.  

Şirvan şəhər sakinlərinin sağlam həyat tərzinin, rahat həyat şəraitinin təmin olunması və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə İDEA” İctimai Birliyinin “Bizim həyət” layihəsi çərçivəsində şəhərin Heydər Əliyev prospekti 265-273, 235-243, 249-253, 255-259 saylı binaların, Tofiq İsmayılov küçəsi 13-23, 35-45,  49-53 saylı  və 20 Yanvar küçəsi  41-53, 55-59 saylı binaların qarşısında 2 nümunəvi məhəllə, 20 Yanvar küçəsi 26-32, 34 saylı binaların qarşısında 1 abad məhəllə salınıb.

Ümumilikdə 2,3 ha sahəni əhatə edən 3 məhəllədə 3000 nəfərdən çox sakin yaşayır. Əraziyə tamet tavalar döşənib, beton bardyurlar düzülüb, məhəllədaxili yollara, avtomobil dayanacaqlarına və blokların giriş hissələrinə asfalt örtük vurulub. Kompleks uşaq əyləncə və fitnes idman qurğuları, yeni oturacaqlar, söhbətgahlar, zibil qutuları, müasir işıqlandırma sistemi quraşdırılıb.

Ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə ağac və kol bitkiləri əkilib, qazon örtüyü salınıb, onlara aqrotexniki qulluq göstərilib.

Məhəllədəki çoxmənzilli binaların fasadları təmir olunib, giriş bloklarına plastik pəncərələr və metal qapılar quraşdırılıb.

Eyni zamanda Heydər Əliyev prospekti 265-273, 235-243, 249-253, 255-259 saylı binaların,  Tofiq İsmayılov küçəsi 13-23, 35-45,  49-53 saylı  və 20 Yanvar küçəsi  41-53, 55-59 saylı binaların qarşısındakı məhəllədə hazırda mövcud olan “Mərasim yeri” əsaslı təmir edilib. 

Şəhərin Hacıqəhərmanlı qəsəbəsində salınan abad məhəllədə də sakinlərin istirahəti üçün  lazımi şərait yaradılır. Əraziyə torpaq qatı, çınqıl-qum qarışığından ibarət hamarlayıcı qat verilib, tamet tavalar döşənib, beton səki daşları düzülüb, uşaq əyləncə və idman qurğuları quraşdırılıb. Yaxın vaxtlarda 2 söhbətgah, 3 oturacaq, zibil qutuları quraşdırılacaq, ərazidə abadlıq, ağacəkmə işləri görüləcəkdir. Eyni zamanda qəsəbədə Birinci Qarabağ müharibəsinin şəhidi Fərman Quliyevin xatirə guşəsi əsaslı təmir olunub,  guşənin ətrafında səliqə-sahman işləri görülüb.

Şirvan şəhərinin mərkəzi hissəsi ilə yanşı, şəhərinin tabeliyində olan qəsəbələrdə də abad məhəllələrin salınması  sakinlər tərəfindən razılıqla qarşılanır.

Keçidlər