Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda piyada keçidləri yenidən rənglənir, köhnə yol nişanları yeniləri ilə əvəz edilir.

14 noyabr 2023 | 21:40

Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə bir sıra təhlükəsizlik tədbirləri görülüb.

Xoşagəlməz hadisələrinin qarşısının alınması istiqamətində görülən tədbirlər zamanı yollarda quraşdırılmış köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə nəqliyyat axınının intensiv olduğu bir neçə küçələrdə yeni piyada zolaqları salınıb.

Keçidlər