Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən abadlıq işləri davam etdirilir.

01 iyul 2026 | 10:08

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir.

Hazırda şəhərin 20 Yanvar, Tofiq İsmayılov, Nəriman Nərimanov və Fariz Eynullayev küçələrində yerləşən 17 ədəd çoxmənzilli yaşayış binalarının dam örtüyündə əsaslı təmir  və 11 ədəd çoxmənzilli yaşayış binalarının fasad hissələrində suvaq işləri tamamlanmış, rənglənmə işlərinə başlanılmışdır.

Gülbala Şıxbalaoğlu küçəsində 23 ədəd 2 mərtəbəli çoxmənzilli yaşayış binalarının fasadında  və dam örtüklərində əsaslı təmir işləri davam etdirilir.

Tofiq İsmayılov küçəsində 7 ədəd, Nəriman Nərimanov və Fariz Eynullayev küçələrində 4 ədəd, Gülbala Şıxbalaoğlu küçəsində 2 ədəd çoxmənzilli yaşayış binalarının qarşısındakı məhəllələrdə abadlıq işlərinə başlanılmışdır.

İstiqlaliyyət və Məhəmməd Əmin Rəsulzadə prospektlərində, Zülfü Hacıyev və Gülbala Şıxbalaoğlu küçələrində dekorativ məhəccərlərin təmiri işləri aparılır.

İsmət Qayıbov və Gülbala Şıxbalaoğlu küçələrində abadlıq, fərdi yaşayış evlərinin hasarlarında, səkilərdə və qeyri yaşayış obyektlərində əsaslı təmir işləri görülür.

Həmçinin İsmət Qayıbov küçəsində, Kür çayının sahilində “Şirvan bulvarı”nın tikintisi işləri davam etdirilir.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mütəmadi olaraq görülən işlərlə tanış olur, təklif və tövsiyələrini verir.

Həyata keçiriləcək işlər şəhərin memarlıq görünüşünün yaxşılaşdırılmasına, yaşayış binalarının texniki vəziyyətinin gücləndirilməsinə və sakinlər üçün daha təhlükəsiz, rahat yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verəcəkdir.

Şəhər sakinləri aparılan abadlıq və quruculuq işləri ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bildiririk ki, görülən işlərlə bağlı məlumatlar şəhər İcra Hakimiyyətinin rəsmi media hesablarında mütəmadi olaraq paylaşılacaqdır.

Keçidlər