Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən abadlıq işləri davam etdirilir.

14 aprel 2026 | 18:28

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir.

Hazırda şəhərin Nəriman Nərimanov və Fariz Eynullayev küçəsində 6 ünvanda çoxmənzilli yaşayış binalarının fasad və dam hissələrində, Gülbala Şıxbalaoğlu küçəsində 8 ünvanda çoxmənzilli yaşayış binalarının fasad hissələrində, 4 ünvanda isə fərdi yaşayış evlərinin dam hissələrində əsaslı təmir işləri davam etdirilir.

Aprelin 14-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görülən işlərlə tanış olub, təklif və tövsiyələrini verib.

Həyata keçiriləcək işlər şəhərin memarlıq görünüşünün yaxşılaşdırılmasına, yaşayış binalarının texniki vəziyyətinin gücləndirilməsinə və sakinlər üçün daha təhlükəsiz, rahat yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verəcəkdir.

Görülən işlərlə bağlı məlumatlar mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin rəsmi media hesablarında paylaşılacaqdır.

 

Keçidlər