Şirvanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən abadlıq işləri davam etdirilir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir.
Şəhərin Gülbala Şıxbalaoğlu küçəsində yerləşən 2 mərtəbəli çoxmənzilli 11 yaşayış binasında, həmçinin Şirvan dairəsindəki yol qovşağında yenidənqurma işləri davam etdirilir.
Eyni zamanda, ərazidə yerləşən qeyri-yaşayış obyektlərində, fərdi yaşayış evlərinin hasarlarında və səkilərdə abadlıq işləri aparılır, şəhərin ümumi görünüşünün yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülür.
Mayın 14-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görülən işlərlə tanış olub, təklif və tövsiyələrini verib.
Həyata keçiriləcək işlər şəhərin memarlıq görünüşünün yaxşılaşdırılmasına, yaşayış binalarının texniki vəziyyətinin gücləndirilməsinə və sakinlər üçün daha təhlükəsiz, rahat yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verəcəkdir.
Şəhər sakinləri aparılan abadlıq və quruculuq işləri ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Görülən işlərlə bağlı məlumatlar mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin rəsmi media hesablarında paylaşılacaqdır.






